Gürcüstanda Qafqaz Rus İcması adlı təşkilat yaradılıb.
Globalinfo.az xəbər verir ki, təşkilatın əsas məqsədinin Gürcüstanda müxalif əhvali-ruhiyyəli ruslarla mübarizə aparmaq olduğu vurğulanıb:
“Ruslar və gürcülər həmişə dost olublar. Biz din qardaşlarımızla birgə Persiya (Səfəvilər – red.) və Türkiyəyə (Osmanlı – red.) qarşı birgə mübarizə aparmışıq. İndi Gürcüstan Rusiyandan çıxanların evi olub. Onlar arasında təkcə əsl vətənpərvərlər yox, həm də mədəniyyətini və vətənini unudub qərbyönlü-navalnistlər də var. Onlarla mübarizə üçün Tiflisdə Rus İcması yaradılır”.
Təşkilat gürcülər arasında çoxlu dəstəyinin olduğunu açıqlayıb. Həmçinin Gürcüstan hökumətinin dəstəyi ilə açıldığını və bundan sonra da gürcülərlə birgə xarici işğalçılara qarşı mübarizə aparacaqlarını bildirib.
Qeyd edək ki, son bir neçə ildə Gürcüstanda Rusiya təşkilatlarının sayı sürətlə artmağa başlayıb. Keçən ilin hesabatına əsasən, bu təşkilatların əksəriyyətini Rusiya hökumətinə yaxın QHT-lər təşkil edir.
Əliyar Xəlil
Globalinfo.az













