Günəşdə son yeddi ilin ən güclü partlayışı baş verdi

Günəşdə son yeddi ilin ən güclü partlayışı baş verdi

Günəş aktivliyinin cari tsiklində yeddi ilin ən güclü partlayışı baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçev məlumat verib.

Müşahidə məlumatlarına görə, yeni partlayış Yerdə maqnit qasırğasına səbəb ola bilər.

“Bu plazmanın Yerə gəlib çatma ehtimalı son dərəcə azdır, amma Yer atmosferinə güclü radiasiya yükü gözlənilir və hissəciklər tezliklə planetə çatacaq”, – Boqaçev qeyd edib.