Gümüşün qiyməti 14 ildə ən yüksək səviyyəsinə çatdı

Gümüşün qiyməti 14 ildə ən yüksək səviyyəsinə çatdı

“Comex” birjasında 2025-ci ilin sentyabr ayı üçün gümüş füçerslərinin qiyməti 21 sentyabr 2011-ci ildən bəri ilk dəfə 39 dolları ötüb.

Globalinfo.az  xəbər verir ki, axşam saatlarında qiymətli metalın qiyməti 1 trua unsiyası üçün 39,01 dollar (+4.57%) təşkil edib.

Eyni zamanda, 2025-ci ilin avqust ayı üçün qızıl füçerslərinin qiyməti 0.75% artaraq 1 trua unsiyası üçün 3 369.8 dollar olub.