“Türkiyə bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Qazilər Günü münasibətilə çıxışında deyib.
O bildirib ki, Azərbaycan dastan yazaraq sinəsində qanayan yara olan Qarabağın azadlığını təmin edib:
“Azərbaycanın suverenliyi, təhlükəsizliyi üçün şəhid olan hərbçilərə Allah rəhmət eləsin. Qazilərimizə cansağlığı arzulayıram”.













