Güclü yağış Mingəçevirdə selə səbəb oldu

Güclü yağış Mingəçevirdə selə səbəb oldu


Axşam saatlarında Mingəçevirə yağan qısamüddətli yağış şəhərdə ciddi sel axınına səbəb olub.

Globalinfo.az-ın Report-a istinadən verdiyi xəbərə görə, sel suları şəhərin bütün küçə və prospektlərində müşahidə edilib.

Şəhərin əsas mərkəzi prospektində avtomobillərin hərəkətində çətinlik yaranıb. Qısamüddətli yağışdan sonra şəhərin elektrik təchizatında da fasilə yaranıb.