Gözlənilən müharibədə 4 fəlakət ssenarisi: Rusiya tarixi şəhəri vura bilər – ŞOK

ff16583bd0f0254cbe869c8d0bb78adc

Böyük Britaniya nüvə münaqişəsinə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Deyli Ekspres” nəşrinin eksperti Aleks Evans bildirib.

O qeyd edib ki, Kiyevin hazırkı vəziyyətlə bağlı danışıqlarda iştirakına icazə verilməsə, münaqişənin gərginləşməsi qaçılmazdır.

“Nüvə müharibəsi ehtimalı var”, – deyə analitik bildirib.

Nəşrin məlumatına görə, Rusiya 800 kilotonluq “Topol SS-25” nüvə bombasından istifadə etməyə qərar verərsə, bu, baş tutacaq. Bildirilib ki, ehtimal edilən hücumda Moskva Londonun dörd mümkün bölgəsini hədəfə alacaq:

“Birinci ssenari Londonun mərkəzi hissəsinin tamamilə dağıdılmasını nəzərdə tutur. İkincisi, bir neçə bina və şəhərin böyük hissəsinə hücumu əhatə edir. Üçüncü ssenaridə bir neçə rayon sakinləri hədəfə alınır. Sonuncusu isə paytaxtın kənarında olacaq kiçik partlayışlardan ibarətdir”.

Əliyar Xəlil
Globalinfo.az