Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, rayon ərazisində minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində sürücü, 1980-ci il təvəllüdlü Emin Novruzov ağır xəsarət alıb.
O, xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.














