Goranboyda qaçırılan 9-cu sinif şagirdindən xəbər var

Goranboyda qaçırılan 9-cu sinif şagirdindən xəbər var

Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Globalinfo.az l-a bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B-nin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb. 31 yaşlı O. Hüseynzadə saxlanılaraq istintaqa təhvil verilib.