İranın Ali rəhbəri Əli Xamenei İsrailə qarşı raket hücumuna komandanlıq edən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hava və raket qüvvələrinin komandanı general Əmir Əli Hacızadəni “Qələbə medalı” ilə təltif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə SEPAH-ın “Telegram” kanalı məlumat yayıb.
“Bu nişanın verilməsi “Doğru vəd” əməliyyatının uğurlu nəticələri ilə bağlıdır”-deyə, məlumatda qeyd edilib.
Sözügedən medalın üzərində üç xurma yarpağı, Xürrəmşəhr Məscidinin günbəzi və İran İslam Respublikasının bayrağı əks olunub.













