Gəncənin mərkəzindəki məşhur “Xan bağı” istirahət parkında insident baş verib.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, axşam saatlarında parkda sərxoş vəziyyətdə səs-küy salan və ünvansız söyüş söyən iki gənc saxlanılıb.
Əllərində içki şüşəsi olan və ərazidəki polislərin qanuni tələbinə tabe olmayan gənclərin Gəncə sakini, 1998-ci il təvəllüdlü İlyas Adıgözəlov və onun dostu, 1997-ci il təvəllüdlü Ələddin Əliyev olması müəyyən edilib. Hər iki şəxs barəsində polis tərəfindən inzibati protokol tərtib edilib və onlar məhkəməyə göndərilib.
Gəncə şəhər Məhkəməsinin qərarı ilə İlyas Adıgözəlov və Ələddin Əliyevin hər birinə 10 sutka inzibati həbs cəzası verilib və onlar cəzalarını çəkmək üçün təcridxanaya göndəriliblər.
Gülnar Səlimova
Globalinfo.az














