yol qeza

Gəncədə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan müəllimlərin sayı 4-ə çatıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə nəticəsində daha bir nəfər – Şəmkir rayon sakini 1991-ci il təvəllüdlü Zəkiyə Heydərova müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə, “VAZ 2107” markalı avtomobillə “FORD” markalı maşın toqquşub.

Faktla bağlı araşdırma başlanılıb.

X X X

Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil digər maşınla toqquşub. Qəza nəticəsində Şəmkir rayon sakinləri 1967-ci il təvəllüdlü Rəna Əhmədova, 1969-cu il təvəllüdlü Məlahət Eyyubova və 1985-ci il təvəllüdlü Vasif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Vəziyyətləri kafidir.

Məlumat üçün bildirək ki, qəzaya düşən şəxslər Şəmkirdə orta məktəb müəllimləridir.

Paylaş: