Gəncədə yol kənarındakı qanunsuz tikililər söküldü – VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədə Globalinfo.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə, Gəncə-Samux avtomobil yolunun Gəncə şəhəri ərazisindən keçən hissəsində yol kənarında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

“FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb”- deyə məlumatda bildirilib.

Gəncədə yol kənarındakı qanunsuz tikililər sökülüb - VİDEO Gəncədə yol kənarındakı qanunsuz tikililər sökülüb - VİDEO Gəncədə yol kənarındakı qanunsuz tikililər sökülüb - VİDEO