Gəncədə 15 yaşlı oğlan yanıq xəsarətləri alıb.
Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin dəmiryolu vağzalı adlanan ərazidə vaqonda qeydə alınıb.
Bu gün saat 16:05-də Gəncəçay dəmiryol stansiyasının 6-cı yolunda dayanmış yük vaqonunun üstünə çıxan 2007-ci il təvəllüdlü Cəfərov Elgün Elçin oğlu gərginlik naqillərinə toxunaraq ağır yanıq xəsarəti alıb.
Ərazidə olan ADY əməkdaşlarının çevik dəstəyi ilə xəsarət almış şəxs təcili yardım xidməti ilə saat 16:30-da xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırılma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək.














