quyu 0

Gəncə şəhərində kanalizasiya quyusu yaxınlığında qaynaq işi görülərkən baş verən partlayış zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un Qərb bürosunun sorğusuna cavab olaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, bu gün saat 17:00 radələrində baş verən partlayış zamanı iki nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, bir nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.

***17:18

Gəncədə quyu qazılan zaman qaz borusu partlayıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə fəhlə xəsarət alıb.

1984-cü il təvəllüdlü Anar Zamanov, 1989-cu il təvəllüdlü Mahir Bağırov və digər xəsarət alanlar özəl və dövlət tibb müəssisələrinə yerləşdirilib.

İlkin məlumata görə, partlayış fəhlələr kanalizasiya quyusunda təmir apararkən baş verib.

***

Gəncədəki partlayışın tərəffüatları bilinib.

Məlum olub ki, hadisə fərdi evlərdən birinin həyətində kanalizasiya quyusu qazılarkən baş verib.

Qazıntı işləri aparılandan ərazidən keçən qaz xətti zədələnib və ani partlayış olub.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Paylaş: