***
13:32
Sosial şəbəkələrdə yayılmış qadının kəsici alətlə özünə xəsarət yetirməsi videosu ilə bağlı rəsmi açıqlama verilib.
Globalinfo.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, şəhər sakini A.Abbasəliyeva bunu həyat yoldaşı Bayram Qurbanovun oğurluq etdiyinə üçün saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmasına görə edib.
Polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib. A.Abbasəliyevaya tibbi yardım göstərilib, səhhəti normaldır. Vətəndaşla profilaktiki söhbət aparıldıqdan sonra sərbəst buraxılıb.
