Gəncədə polis əməkdaşı bıçaqlanıb? – Rəsmi açıqlama

Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir, əsassızdır.

Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

“Gəncə şəhərində polis nəfəri yaşadığı evdə ehtiyatsızlıqdan yıxılması nəticəsində ayağından yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Xahiş edirik hər hansı məlumatı yaymazdan qabaq dəqiqləşdirilmə aparılsın”, – DİN rəsmisi qeyd edib.

Zaira Akifqızı

Globalinfo.az

***

Gəncədə polis əməkdaşı bıçaqlanıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Şərq küçəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Kamal Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal yarası tikilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Bıçaqlanan şəxsin polis əməkdaşı olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.