Gəncədə oğlan sevgilisini, onun qardaşını və əmisini niyə bıçaqladı? – TƏFƏRRÜAT

Yanvarın 30-da Gəncə şəhərində bir ailədən 3 nəfərin bıçaqladığı hadisənin təfərrüatları məlum olub.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, həmin gün saat 17 radələrində Sumqayıt sakini, 1989-cu il təvəllüdlü Nəsirov Babək Zəkulla oğlunun bıçaqladığı Əlimərdanova Elnurə Rövşən qızı onun qeyri-rəsmi nikahda yaşadığı qız olub.

B.Nəsirov Elnurənin onu tərk edib Gəncəyə getməsindən sonra onun ardınca bu şəhərə yola düşüb. O, sevgilisinin yaşadığı evə gedərək onun geri qayıtmasını tələb edib və dava baş verib. Nəticədə Rövşən Elnurəni, onun qardaşı Əlimərdanov Elnuru və əmisi Elşən Əlimərdanovu bıçaqlayıb.

Hadisədən sonra Rövşən Bakıya, oradan da Sumqayıta gedib və polis tərəfindən saxlanılıb. O, ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.

Malik
Globalinfo.az