İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B. Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H.Mamedov müəyyən olunaraq saxlanılıb.
Ondan ov tüfəngi aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Gəncədə ov tüfəngindən xəsarət alan şəxs xəstəxanada ölüb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq güllə yarası alan Bəxtiyar Heydərov rəhmətə gedib.