q%C9%99za

Gəncədə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların adları məlum olub.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, qəza nəticəsində 1997-ci il təvəllüdlü N.Yusibova, 1967-ci il təvəllüdlü A.Ramazanova, 2002-ci il təvəllüdlü M.Ramazanova, 1983-cü il təvəllüdlü M.Həsənova və X.Həsənov xəsarət alıb.

Hazırda xəsarət alan şəxslərin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***19 mart 19:06

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki “KİA”markalı minik avtomobili toqquşub. Qəzadan sonra avtomobillərin biri idarəetmədən çıxaraq yol kənarında ağaca çırpılıb.

Nəticədə iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəza baş verən ərazidə tıxac yaranıb, əraziyə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 10 6 8f1c3604 3480 4ae9 beed ece287014d44 19

Paylaş: