Gəncədə güclü yanğın… – VİDEO

Gəncədə güclü yanğın... - VİDEO

Bu gün günorta saatlarında Gəncə şəhərində güclü yanğın qeydə alınıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhərin sənaye zonasından – Alüminium zavodunun yaxınlığındakı ərazidən ətrafa qatı tüstü yayılmağa başlayıb.

Bildirilib ki, yanğın tullantılar olan ərazini əhatə edib.

Hadisə nəticəsində ətraf mühitə ciddi zərər dəyib, şəhərin böyük hissəsini qara tüstü bürüyüb.