Gəncədə evi ildırım vurub.
Globalinfo.az “Unikal”a istinadla xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən fərdi yaşayış evlərinin birində baş verib.
Belə ki sözügedən ərazidə yerləşən evin mətbəxinə ildırım düşüb, yanğın başlayıb. Dərhal əraziyə FHN əməkdaşları cəlb edilib. Yanğının qarşısı alınıb.














