Gəncədə dəhşətli hadisə: Kirayə qaldığı evdən özünü atdı

Gəncə şəhərində 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq ölən qadının şəxsiyyəti dəqiqləşib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, həmin şəxs Daşkəsən rayon sakini, 1982-ci il təvəllüdlü Pərvanə Maarif qızı Hüseynovadır.

Onun həmin ünvanda kirayədə yaşadığı bildirilir.

Hadisənin başvermə səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.