img 20260128 wa0132 7

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, şəhər ərasizində qeydə alınan hadisə zamanı sürücü idarəetməni itirib və nəticədə “Mercedes” markalı maşınla “Lada Priora” markalı avtomobil toqquşub.

Zərbənin təsirindən “Lada” markalı maşın ağaca çırpılıb.

Qəza zamanı 2000-ci il təvəllüdlü Kamil Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəza ilə bağlı araşdırma başlanılıb.

Paylaş: