Rayonlardan sel keçib: Gədəbəyə dolu düşüb

Rayonlardan sel keçib: Gədəbəyə dolu düşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumata əsasən, saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Qusar, Altıağac, Qrız, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Gədəbəy rayonunda saat 15:10-15:20 radələrində diametri 10 mm olan dolu düşüb.

Saat 16:10 radələrində Quba rayonu ərazisindən keçən Vəlvələçayda sel müşahidə olunub.