G7 Kiyevə söz verdi: “Ordunu döyüşə hazırlamaq üçün…”

G7 Kiyevə söz verdi: "Ordunu döyüşə hazırlamaq üçün..."

“Yeddilik Qrupu” Ukrayna hərbçilərinin təlimini dəstəkləməyi prioritet hesab edir.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirlərin iclasının müvafiq bəyanatında qeyd olunur.

Bildirilir ki, “Yeddilik Qrupu” müdafiə nazirləri Kiyevə qısa və uzunmüddətli perspektivdə döyüş effektivliyini bərpa etmək və ordunu döyüşə hazırlamaq üçün dəstək verəcəklər.

“Silahlı qüvvələrin və onların döyüş qabiliyyətinin bərpası zərurətini nəzərə alaraq, qısa və uzunmüddətli perspektivdə Ukrayna ordusunun və təhlükəsizlik qüvvələrinin təlimini dəstəkləməyi prioritet hesab edirik. Aİ bu istiqamətdə çalışır”, – deyə sənəddə vurğulanır.

Müşviq tofiqoğlu
Globalinfo.az