G7-dən daha ədalətli yanaşma gözləyirik – Ərdoğan

“Biz G7-dən daha ədalətli, əhatəli və real yanaşma gözləyirik”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkə hesabında yazıb.

“Ümid edirəm ki, bu gün İtaliyada keçirilən G7 liderlərinin sammiti faydalı olacaq. Vurğulamaq istərdim ki, biz G7-dən qlobal problemlərin və regional münaqişələrin həllinə daha ədalətli, hərtərəfli və real yanaşma gözləyirik”, – deyə R.T.Ərdoğan deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyada keçirilən G7 sammitində iştirak edir.

Leyla Əlisoy
Globalinfo.az