Gələn il partiyalara maliyyə yardımı subsidiya qismində veriləcək

Gələn il partiyalara maliyyə yardımı subsidiya qismində veriləcək

Gələn il siyasi partiyalara ayrılacaq maliyyə yardımının həcmi məlum olub.

Globalinfo.az bildirir ki, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.

Sənədə əsasən, 2023-cü ildə siyasi partiyalara 5 milyon manat ayrılacaq.

Qeyd edək ki, siyasi partiyalara verilən maliyyə yardımı “malların (işlərin və xidmətin) satınalınması” bölməsinin “sair xərclər” maddəsində nəzərdə tutulmuşdusa, gələn il dövlət büdcəsində bu yardım “qeyri-dövlət müəssisələrinə subsidiyalar” üzrə nəzərdə tutulub.

Xatırladaq ki, 2022-ci ildə də siyasi partiyalara 5 milyon manat maliyyə yardımı ayrılıb.