Füzuli şəhərində ilk dəfə Zəfər Günü qeyd olundu – FOTO

İşğaldan azad olunmuş Füzuli şəhərində ilk dəfə 8 Noyabr – Zəfər Günü qeyd olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov sosial şəbəkədə paylaşım edib.

“Zəfər Günü azadlığına qovuşub, doğma övladlarına qucaq açan Füzuli şəhərində də şövqlə qeyd olunub. Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifaları şəhər sakinlərinin əhvalına xoş bayram ovqatı qatıb. Konsertdən sonra atəşfəşanlıq keçirilib”, – dövlət başçısının xüsusi nümayəndəsi qeyd edib.