“Biz Ermənistanın zülmünün şahidi olduq. Füzulidən Şuşaya qədər nələr edilib, yerlə bir edilib”.
Globalinfo.az APA-ya istinadən xəbər verir kii, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay Şuşaya səfəri çərçivəsində bildirib.
O qeyd edib ki, azərbaycanlıların qovulduğu ərazilərdə ot belə bitmirdi və bütün dünya bunun şahidi olmalıdır.
Oktay, həmçinin azad edilmiş ərazilərdə Azərbaycanın həyata keçirdiyi yenidənqurma işlərindən çox məmnun olduğunu bildirib:
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclası ilə bağlı Azərbaycanda, Şuşadayıq. Şairlər, yazarlar, musiqiçilər, qəhrəmanlar, alimlər şəhəri Şuşadayıq”.
Fuat Oktay bu günlərdə Azərbaycanın Zəfərinin ikinci ildönümünün qeyd olunacağını xatırladıb:
“Azərbaycanda, xüsusən Şuşada tək millət olmağın nə demək olduğunu bir daha hiss etdik”.














