FTB xəbərdarlıq etdi: “Krokus”dakı terrorun təkrarı ABŞ-da ola bilər”

FTB xəbərdarlıq etdi: “Krokus”dakı terrorun təkrarı ABŞ-da ola bilər”

“ABŞ-da “Crocus”dakı terror aktına bənzər hadisənin təkrarlanması mümkündür”.

Globalinfo.az “Qafqazinfo”ya istinadən istinadən xəbər verir ki, bunu ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Vrey bildirib.

O, bu qorxusunu son illər sərhəddə qanunsuz miqrantların sayının artması ilə əlaqələndirib.

“Xarici terrorçuların ABŞ-da hücumu asanlaşdırmaq üçün cənub-qərb sərhədimizdən, digər giriş limanlarımızdan və ya immiqrasiya sistemimizdəki zəifliklərdən istifadə etməyə çalışacaqlarından çox narahatam”.