ABŞ-nin Prezidenti Co Baydenin Delaver ştatındakı evində axtarış aparıb.
Globalinfo.az xəbər verir ki, axtarış ABŞ Ədliyyə Nazirliyinin göstərişi əsasında Federal Təhlükəsizlik Bürosunun (FTB) əməkdaşları tərəfindən aparılır.
Buna səbəb Baydenin ofis və evində vitse-prezidentlik vəzifəsində olduğu dövrə aid dövlətə məxsus gizli sənədlərin aşkarlanması olub.
Baydenin vəkilinin açıqlamasına görə, Delevardakı evində aparılan yeni axtarış zamanı “gizli” şifrəli sənəd tapılmayıb.














