Fransadan növbəti həmlə: Arayik riskli addımlar atır

Azərbaycanın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisindəki separatçıların rəhbəri Arayik Arutyunyan Fransaya yollanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Məlumata görə, Arutyunyanı Parisdə Fransanın Respublikaçılar Partiyasından prezidentliyə keçmiş namizəd Valeri Pekres qəbul edib.

Separatçıların rəhbəri ilə bərabər Fransaya terrorçu rejimin “xarici işlər naziri” David Babayan da gəlib. Maraqlı məqam İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını deməsinə baxmayaraq, Arutyunyanı Parisdə Ermənistanın səfiri Asmik Tolmacyanın müşayiət etməsidir.

Qeyd edək ki, bundan öncə Arayik Arutyunyanın Parisə dekabrın 7-də gedəcəyi bildirilmişdi.

Pekres Fransada prezident seçkisi zamanı Qarabağdakı terrorçu rejimi müstəqil dövlət kimi tanıyacağını bildirmişdi. O həmçinin Xankəndini icazəsiz ziyarət etdiyi üçün Bakının qara siyahısına daxil edilib.

İlkin
Globalinfo.az