“Mübahisəli kəndlər” gündəmdə: masada hansı xəritə var?

“Sərhədlərin demarkasiyası ilə bağlı konkret xəritə üzrə razılıq əldə olunmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan partlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Mirzoyan xəritə və anklavlar mövzusuna aydınlıq gətirib:

“Bu məsələnin Alma-Ata bəyannaməsinə uyğun həyata keçirilməsi üçün öhdəliklər var. Ötən ilin oktyabrında Praqada bu barədə müəyyən razılıq əldə olunub. Amma hər hansı xəritə dəqiqləşdirilməyib.

Anklavlar məsələsi ilə isə demarkasiya komissiyası məşğul olmalıdır”.

Ayşən Mustafa
Globalinfo.az