Fransada qarşıdurma: Nümayişçilər polisə hücum etdilər – VİDEO

Fransada qarşıdurma: Nümayişçilər polisə hücum etdilər - VİDEO

Fransanın Lion şəhərində 1 May mitinqi insidentlə yadda qalıb.

Globalinfo.az xəbər verir ki, mitinq zamanı nümayişçilərlə polis arasında toqquşma baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 17 nəfər saxlanılıb.

Qeyd edək ki, Fransanın Lion şəhərində keçirilən 1 may aksiyasında 13 minə yaxın insan iştirak edib.

Yürüş başlayandan az sonra nümayişçilər ictimai binalara zərər yetiriblər, daha sonra isə fişəng və digər partlayıcı vasitələrlə polisə hücum ediblər.

Xatırladaq ki, 1 May Əmək Günü münasibətilə Fransada ənənəvi olaraq nümayişlər keçirilir.

Əliyar Xəlil
Globalinfo.az