Fransa mövqeyini açıqladı: İran hücum edərsə…

Fransa mövqeyini açıqladı: İran hücum edərsə…

Fransa İsrailin İrana hücumlarında iştirak etməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında mətbuat konfransı zamanı bildirib.

Makron vurğulayıb ki, İsrailin son saatlarda İrana, onun nüvə proqramına və raket infrastrukturuna qarşı həyata keçirdiyi hücumlara Fransa nə dəstək verib, nə də bu istiqamətdə hər hansı tövsiyə təqdim edib.

“Fransa bu hücumlarda iştirak etməyib. Biz diplomatik yolu üstün tuturuq”, – deyə Makron bildirib.

O, bölgədəki gərginliyin artmasından narahat olduqlarını və vəziyyətin diplomatik yollarla tənzimlənməsinin vacibliyini vurğulayıb.

“RİA Novosti”nin iddiasına görə, Makron İranın hücumlara cavab verəcəyi təqdirdə İsrailə dəstək göstərəcəyini də bəyan edib.

Aysel Əliyeva
Globalinfo.az