Fransa çağırış etdi: ABŞ-dan sonra…

Fransa çağırış etdi: ABŞ-dan sonra…

Fransa ABŞ-ın hərbi yardımı dayandırmasından sonra müttəfiqləri Ukraynaya dəstəyi artırmağa çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Qeyd olunur ki, bu məsələ Avropa İttifaqı Şurasının sabah keçiriləcək sammitində də müzakirəyə çıxarılacaq.

“Biz bu qərarı nəzərə almışıq, onun miqyası və nəticələri indiki mərhələdə hələ tam aydın deyil. Hər nə olursa olsun, biz Ukraynaya dəstəyi artırmalıyıq. Prezidentin iki həftə əvvəl başlatdığı və martın 2-də London sammitinin də həsr olunduğu istiqamət məhz budur. Bu, həm də Avropa İttifaqı Şurasının martın 6-da keçiriləcək növbədənkənar sammitinin də müzakirə mövzusu olacaq. Orada Ukraynaya göstərə biləcəyimiz dəstək nəzərdən keçiriləcək, digər tərəfdən isə müdafiəmizin möhkəmləndirilməsi yolları müzakirə ediləcək”, – qurumun açıqlamasında bildirilir.

Aysel Əliyeva
Globalinfo.az