“Formula-1” üzrə Bəhreyn Qran-prisinin qalibi müəyyənləşib.
Globalinfo.az xəbər verir ki, “Sahir” dairəsində keçirilən yarışın qalibi “McLaren”in avstraliyalı pilotu Oskar Piastri olub.
İkinci yerdə “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel qərarlaşıb. İlk üçlüyü “McLaren” komandasının digər pilotu, britaniyalı Lando Norris qapayıb.
İkinci yerdə “Mersedes”in sürücüsü Corc Rassel, üçdə isə Piastrinin komanda yoldaşı “McLaren” komandasının digər pilotu Lando Norris qərarlaşıb.
Qeyd edək ki, Piastri ötən gün Bəhreyn Qran-prisinin sıralama turunun da qalibi olmuşdu.
Formula 1 üzrə Azərbaycan Qran Prisi 19-21 sentyabrda keçiriləcək.














