Fransa Prezidenti Emmanuel Makron “Telegram”ın qurucusu Pavel Durovu aldadaraq tələyə salmaq üçün kifayət qədər bacarıqlıdır.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo bildirib.
“Doğrudanmı Makron Pavel Durovu tələyə salıb?! “Le Canard Enchaîné” nəşri indicə yazdı ki, “Telegram”ın baş direktoru polisə açıqlamasında həmin axşam Makronla şam etməyi planlaşdırdığını söyləyib!”, – Filippo “X” hesabında yazıb.
Siyasətçinin fikrincə, Makron “ağalarının” qoyduğu tapşırığı yerinə yetirmək üçün bu cür hiylələrə əl atmağa qadirdir.
“Makrondan izahat tələb edirik!”, – Filippo əlavə edib.














