Fitsoya qarşı növbəti sui-qəsd oldu

Fitsoya qarşı növbəti sui-qəsd oldu

Slovakiyanın Baş naziri Fitsoya növbəti sui-qəsd cəhdi olub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso özü “Štandard”a müsahibəsində danışıb.

Onun sözlərinə görə, hadisə bu ay Polşa ilə sərhəddəki Dukla keçidində baş verib.

Burada Karpat-Dukla hərbi əməliyyatının 80 illiyi şərəfinə tədbirlər keçirilib. Ziyarətçilər arasına girən bir şəxsdə tam dolu tapança tapılıb.

Qeyd edək ki, bu ilin mayında Slovakiyanın baş nazirinin həyatına sui-qəsd cəhdi olmuş, Fitso ağır yaralanmışdı.