Filippində zəlzələ: ölənlərin sayı artdı

Filippində zəlzələ: ölənlərin sayı artdı

Filippinin mərkəzi hissəsində baş verən 6,9 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.

Globalinfo.az bildirir ki, bu barədə “Report” “Reuters” agentliyinə istinadən məlumat verir.

Hökumət sağ qalanların axtarışı və elektrik və su təchizatının bərpası üçün təşkilatları səfərbər edib.

Seysmoloji xidmətlərin hesablamalarına görə, zəlzələnin episentri təxminən 10 km dərinlikdə yerləşib və bir neçə afterşok qeydə alınıb. Zəlzələdən sonra sunami təhlükəsi olmayıb.

***09:12

Filippində 6,9 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 60-a çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Filippin Mülki Müdafiə Təşkilatının müşaviri Bernardo Alexandro məlumat verib.

“Meyitlər Sebu əyalətindəki Boqo şəhər xəstəxanasına gəlir. Bizə 60 nəfərin ölümü ilə bağlı məlumat daxil olub. 37 nəfər isə yaralanıb”, – o bildirib.

Qeyd olunub ki, hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.