FİFA prezidentindən Azərbaycanla bağlı paylaşım

FİFA prezidentindən Azərbaycanla bağlı paylaşım

FIFA prezidenti Canni İnfantino Azərbaycan və Özbəkistanı 2027-ci il FIFA U-20 dünya çempionatına ev sahibliyi etmələri münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “İnstagram” səhifəsində yazıb.

“FİFA Şurası Avropa və Asiyanı birləşdirəcək və idmanımızda ən parlaq gənc istedadı nümayiş etdirəcək tarixi turnir olan 2027-ci il FIFA U-20 dünya çempionatına ev sahibliyi etmək üçün Azərbaycan və Özbəkistanı seçdiyini bildirməkdən məmnunam.

Mən hər iki ölkəni təbrik edirəm və 2027-ci ildə bu turnirin fantastik 25-ci buraxılışını və FİFA-ya üzv iki assosiasiyanın birgə ev sahibliyi edəcəyi ilk turniri səbirsizliklə gözləyirəm”, – deyə paylaşımda bildirilib.