FETÖ-nün məxfi əməkdaşı belə yaxalandı

FETÖ-nün məxfi əməkdaşı belə yaxalandı

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) Manisada keçirdiyi əməliyyatda FETÖ-nün məxfi əməkdaşı Hakan Kahraman tutulub.

Globalinfo.az xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələrindən TRT-yə bildirilib.

Məlumatda qeyd edilib ki, MİT İzmir Respublika Baş Prokurorluğu və Manisa Polis İdarəsi ilə birgə əməliyyat keçirərək FETÖ-nün gizli təşkilatında yüksək vəzifə tutan Kahramanı ölkədən qaçmağa hazırlaşarkən ələ keçirib.

Kahramanın əvvəllər məhkum olunduğu və axtarışda olduğu bildirilib.