ABŞ Federal Ehtiyat Sistemi (“Fed”) ilin ilk faiz qərarını elan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir.
İki gün davam edən iclasın nəticəsi olaraq, FED baza dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb.
Qərar yekdilliklə qəbul edilib.














