Fazil Mustafa seçicilərlə beşinci kütləvi görüşünü keçirdi – FOTO

Fazil Mustafa seçicilərlə beşinci kütləvi görüşünü keçirdi - FOTO

26 saylı Sabunçu Seçki Dairəsindən VIl çağırış Milli Məclisin üzvlüyünə namizəd, Vl çağırış Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Dr. Fazil Mustafa seçicilərlə növbəti görüşünü Sabunçu Gənclər Evində keçirib.

Globalinfo.az xəbər verir ki, görüşdə gənclər, eləcə də, müxtəlif yaş və sosial qrupdan olan seçicilər, Fazil Mustafanın vəkilləri iştirak edib.

Fazil Mustafa seçki platformasını geniş şərh edib, habelə seçicilərin qaldırdığı məsələlərlə bağlı keçən dönəmdə Millət vəkili olaraq gördüyü işlərdən danışıb.

Namizəd gəncləri, onların ata-anasını, ümumən seçiciləri maraqlandıran sualları ətraflı cavablandırıb.

Seçicilərin toxunduğu müxtəlif məsələlərə dair öz fikrini bildirən Fazil Mustafa, dövlətin gördüyü və görməkdə olduğu böyük layihələrdən, infrastruktur layihələrindən, dövlət proqramlarından söz açıb, habelə yenidən mandat qazanacağı təqdirdə seçiciləri qayğılandıran məsələləri parlamentdə, müvafiq dövlət orqanları qarşısında qaldıracağını bildirib.

Görüş qarşılıqlı maraq doğuran bir sıra digər mövzuların müzakirəsi ilə davam edib.

Fazil Mustafa seçicilərlə beşinci kütləvi görüşünü keçirdi - FOTO Fazil Mustafa seçicilərlə beşinci kütləvi görüşünü keçirdi - FOTO Fazil Mustafa seçicilərlə beşinci kütləvi görüşünü keçirdi - FOTO Fazil Mustafa seçicilərlə beşinci kütləvi görüşünü keçirdi - FOTO Fazil Mustafa seçicilərlə beşinci kütləvi görüşünü keçirdi - FOTO Fazil Mustafa seçicilərlə beşinci kütləvi görüşünü keçirdi - FOTO Fazil Mustafa seçicilərlə beşinci kütləvi görüşünü keçirdi - FOTO Fazil Mustafa seçicilərlə beşinci kütləvi görüşünü keçirdi - FOTO Fazil Mustafa seçicilərlə beşinci kütləvi görüşünü keçirdi - FOTO Fazil Mustafa seçicilərlə beşinci kütləvi görüşünü keçirdi - FOTO Fazil Mustafa seçicilərlə beşinci kütləvi görüşünü keçirdi - FOTO