Fatma Səttarova II Fəxri xiyabanda dəfn edildi – FOTOLAR

Fatma Səttarova II Fəxri xiyabanda dəfn edildi - FOTOLAR

Azərbaycanın görkəmli ictimai xadimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya Müharibəsi veteranı Fatma Səttarova dəfn olunub.

Globalinfo.az “Report”a istinadən bildirir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fatma Səttarova II Fəxri xiyabanda dəfn edildi - FOTOLAR Fatma Səttarova II Fəxri xiyabanda dəfn edildi - FOTOLAR Fatma Səttarova II Fəxri xiyabanda dəfn edildi - FOTOLAR

Fatma Səttarova II Fəxri xiyabanda dəfn edildi - FOTOLAR

***10:54

Bu gün vəfat edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarovanın dəfn yeri açıqlanıb.

Globalinfo.az-ın xəbərinə görə, təşkilatdan “Qafqazinfo”ya bildirilib ki, mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

***09:24

Görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Fatma Səttarova 102 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, “İstiqlal” ordenli F.Səttarova, həm də Prezident təqaüdçüsü idi.

O, bir neçə gün əvvəl keçirilən növbədənkənar parlament seçkilərində seçki məntəqəsinə gedərək səs vermişdi.