Fransa Xarici İşlər Nazirliyi İsrailin Rəfaha hücumlarından dərin narahatlığını ifadə edən bəyanat yayıb.
Globalinfo.az xəbər verir ki, bəyanatda İsrailin Rəfahda genişmiqyaslı hücumunun yeni humanitar böhran yaranmasına yol açdığı qeyd olunur.
Fransa XİN İsraili Rəfah bölgəsində hərbi əməliyyatları dayandırmağa çağırıb:
“Rəfah bu gün 1,3 milyondan çox insanın sığındığı yerdir. Həm də Qəzza əhalisinə humanitar yardımın çatdırılması üçün mühüm keçid məntəqəsidir. Paris İsraili Qəzza zolağında mülki şəxslərin həyatını qorumaq üçün konkret tədbirlər görməyə çağırır. Qəzza zolağının və onun əhalisinin gələcəyini ancaq İsraillə bərabər sülh və əmin-amanlıq içində yaşayan Fələstin dövlətində tapmaq olar” – bəyanatda bildirilir.
Əliyar Xəlil
Globalinfo.az














