Faciəvi şəkildə ölən Ülviyyə peşəkar idmançı imiş – VİDEO

Faciəvi şəkildə ölən Ülviyyə peşəkar idmançı imiş - VİDEO

Xəbər verdiyimiz kimi, dünən saat 19:30 radələrində Nəsimi rayonu ərazisində – Rəşid Behbudov küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində minik avtomobili skuterlə hərəkət edən gənc qızı vuraraq öldürüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 99-RN-005 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin vurması nəticəsində həyatını itirən Ülviyyə Əhmədova peşəkar idmançı imiş. “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvü olan Ülviyyə yelkən idman növü üzrə yarışlarda iştirak edibmiş və bir sıra turnirlərdə mükafatlar əldə edib.

Qeyd edək ki, skuterlə hərəkət edən Ülviyyə Əhmədova hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.