Etirazlar niyə Kirantsda yox, İrəvanda keçirilir? – Keşiş səbəbi açıqladı

Etirazlar niyə Kirantsda yox, İrəvanda keçirilir? - Keşiş səbəbi açıqladı

“Əvvəldən deyirdik ki, problem Tavuşdadır. Amma problemlərin həlli yollarını orda axtarmaq doğru olmaz”.

Globalinfo.az xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan deyib.

O, etirazların niyə Kirants kəndində yox, məhz İrəvanda getdiyini belə izah edib:

“Kirantsda insanlar  yolu bağlamaqdan başqa nə edə bilər? Küçələrdə insanların gözü qarşısında, ancaq İrəvanda həll yolu tapmaq lazımdır. Başqa bir səbəb yoxdur”, – Qalstanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az