“Əsl hücum bu tarixdə olacaq, Priqojinin planı hazırdır” – Geraşenkodan sensasion İDDİA

"Əsl hücum bu tarixdə olacaq, Priqojinin planı hazırdır" - Geraşenkodan sensasion İDDİA

“Hamı vaqnerçilərin bu gecə Moskvaya gedəcəyini gözləyir, amma onlar axmaq deyillər”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko “Vaqner” birləşməsinin rəhbəri Yevgeni Priqojinin açıqlamalarından sonra Rusiyada yaranmış vəziyyətə münasibət bildirərkən deyib.

“Düşünürəm ki, “Vaqner” muzdluları kiçik qruplar halında, eyni vaxtda üç-beş nəfərdən ibarət şəkildə Moskvaya gələcəklər. Təxminən bir aydan sonra isə əsl çevrilişi görəcəyik. Unutmayın ki, Rusiya polisi korrupsionerdir və kriminal avtoritetlər Priqojinə güvənirlər. Beləliklə, plan tamamilə fərqli ola bilər”-deyə o bildirib.

Qeyd edək ki, hazırda Rusiya əhalisi hərbi çevrilişlə bağlı məlumatlandırılıb. Paytaxt Moskva daxil bəzi böyük vilayətlərə hərbi texnika və qoşunlar cəmlənir.

Ayşən Mustafa
Globalinfo.az