“Ermənistan hökumətini Avropa İttifaqına (Aİ) üzvlük üçün səy göstərməyə məcbur edən qanunumuz var”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, İrəvanın üzvlük üçün dəqiq nə zaman rəsmi müraciət edəcəyini bilmədiyini söyləyib:
“Bu, bir çox amillərdən asılıdır. Gələn ay da ola bilər, gələn il də. Artıq ikitərəfli əməkdaşlığa başlanılıb, bir çox işlər görülür. Bizim Aİ ilə hərtərəfli genişləndirilmiş tərəfdaşlıq sazişimiz var. Viza rejiminin sadələşdirilməsi prosesinə də başlamışıq. Yeni tərəfdaşlıq proqramı da ən çoxu üç ay ərzində imzalacaq”.
Əliyar Xəlil
Globalinfo.az














